Türk Hava Yolları Çinə uçuşları dayandırıb

Türk Hava Yolları Çinə uçuşları dayandırıb
03:50 31 Yanvar 2020
149 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Türk Hava Yolları" aviaşirkəti Çinə uçuşları 9 Fevrala qədər dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat katibi Yahya Üstün bildirib.

Təxirə salınan reyslər Pekin, Guançjou, Şanxay və Sian istiqamətində olan reyslərdir.

Onun sözlərinə görə, bu, milli və beynəlxalq hakimiyyət orqanları ilə birlikdə mövcud vəziyyəti və son dövrdə koronavirusla əlaqəli hadisələri qiymətləndirmək üçün edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3184783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR