x
Loading...

Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət Fondu daha çox iş görməlidir”

Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət Fondu daha çox iş görməlidir”
11:42 31 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda biznes kreditlərinin ucuzlaşması hiss olunur, amma bu kreditlərin verilməsini stumullaşdırmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“Banklar kommersiya subyektləridir və biznes onlara göstəriş verə bilmərik ki, daha riskli kreditlər versinlər. Hesab edirəm ki, İpoteka və Kredit Zəmanət Fondu biznes kreditləri ilə bağlı daha çox iş görməlidir, kredit aəmanət mexanizmi çərçivəsində bankların risklərini daha çox azaltmalıdır”, - deyə o, qeyd edib.
AMB-nin sədri istehlak kreditlərinin əvvəlki kimi yenidən sürətlə artmasından da narahatlığını ifadə edib və buna qarşı müəyyən tədbirlərin görüləcəyini bildirib.
“Bəzən mətbuatda yazırlar ki, Mərkəzi Bank kommersiya banklarına borc vermir. Biz öz işimizi görürük. Mərkəzi Bank qısamüddətli likvidlik üçün banklara pul verir ki, iqtisadi subyektlər arasında narazılıq olmasın. Son vaxtlar pul kütləsini 4 dəfə artırmışıq, amma bu resurslar tam şəkildə iqtisadiyyata ötürülmür”, - deyə E.Rüstəmov əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/elman-rustemovdan-fexri-kazimliya-cagiris

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR