“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Qleb Nikitin bildirib.
Onun sözlərinə görə, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. 11 ay ərzində vilayətin Azərbaycana ixracının ümumi dəyəri 14% artıb.
Ümumiyyətlə isə hesabat dövündə Nijni Novqorodf vilayəti postsovet ölkələri ilə ticarət dövriyyəsini artırıb. Belə ki, vilayətin ixracının 90%-i portsovet ölkələrinin payına düşüb.
Qubernator bildirib ki, bu dövr ərzində vilayət Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 49% artaraq 102 milyon dollar təşkil edib. Bu ölkəyə vilayətdən əsas avtomobil nəqliyyatı vasitələri ixrac edilib.
Bundan başqa, Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 9% artaraq 280 milyon dollar, Ermənistanla isə ticarət dövriyyəsinin dəyəri 16% artaraq 33 milyon dollar təşkil edib.
Bu müddət ərzində Nijni Novqorod vilayətinin Qazaxıstana ixracı 14%, Ermənistana 13% artıb. Həmçinin, vilayətin Türkmənistan, Gürcüstan və Qırğızıstana da ixracı artıb.