x
Loading...

Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək

Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək
18:22 31 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Ulu Öndər dünya şöhrətli siyasətçi Heydər Əliyev II dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə hüquqi dövlət quruculuğu ilə bərabər gənclərin də sağlam düşüncəli formalaşması, düzgün istiqamətləndirilməsi və cəmiyyətə, dövlətə layiqli xidmət etmələri üçün zəruri  tədbirləri həyata keçirdi. 1994-cü ildə Azərbaycanda ilk dəfə yeni qurum- Gənclər və İdman  Nazirliyi yaradıldı.  Gənclərin I ümumrespublika formu gerçəkləşdi.  Ümumilli lider hər zaman gənc kadrlara önəm vermişdir. Ulu öndərin layiqli davamçısı  cənab İlham Əliyev də  bu ideyanı uğurla davam etdirməkdədir.  Dövlətin gənclər siyasəti özündə bu kontingentin mənəvi-psixoloji, fiziki sağlamlığını,  bütün sahələrdə uğura imza atma şansını  ehtiva edir. 2007-ci il Azərbaycanda Gənclər ili elan edildi. Heç şübhəsiz  gənclərə dövlət qayğısı  yeni təfəkkürlü, müasir gənclərin öz  potensialını realizə etmələrinə rəvac verir.

Sumqayıt Dövlət Dram teatrında da hər zaman gənclərə önəm  verilir. Məhz son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunmuşdur. Yeni hazırlanan tamaşalarda və repertuar tamaşalarında gənclərin təcrübələrini artırması üçün imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi  yönündə bir çox layihələr həyata keçirilməkdədir.  Sumqayıt Dövlət Dram teatrı  2020-ci il 2 fevral  Gənclər günündə C.Cabbarlının "Solğun çiçəklər"  tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş  istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada  rol alan gənc aktrisalar Şəhla Məmmədova və İlahə Səfərova  mükəmməl oyun nümayiş etdirmişlər.  Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub.  Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da  əslində  didaktik-nəsihətverici fakt kimi aktualdır. Göz qamaşdırıcıvar-dövlətlə  saf duyğular, ülvi  məhəbbət üz-üzə qalır.  Və tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir.  Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o xəyanət yolunu  seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa  gənclərə "sevginizə qətiyyətli olun" mesajını ötürür. Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat və aktyor oyunu tamaşada vəhdət təşkil edir. 2 fevral saat 18:00-da nümayiş olunacaq nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva,  aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov  canlandırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/822246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR