"Beşiktaş" Kevin-Prins Boatenqi heyətinə qatdı

"Beşiktaş" Kevin-Prins Boatenqi heyətinə qatdı
16:03 1 Fevral 2020
129 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" 32 yaşlı Kevin-Prins Boatenqi heyətinə qatdığını açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçu mövsümün sonuna kimi bu komandada oynayacaq.

Klubun verdiyi açıqlamalarda bildirilib ki, İtaliyanın “Fiorentina” komandasında çıxış edən qanalı hücumçu Kevin-Prins Boatenqi icarəyə götürüb

32 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək.

O, bu müddət ərzində 350 min avro qazanacaq.

Qeyd edək ki, K.P.Boatenq cari mövsümdə İtaliya komandasının heyətində keçirdiyi 14 matçda 1 qol vurub.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR