“Report” xəbər verir ki, bu barədə yerli “Het Laatste Niews” qəzeti bildirib.
Məlumata görə, hadisə Qent şəhərinin mərkəzində olub. Polis silahlı şəxsə atəş açıb. Nəticədə o, əlindən yaralanıb.
Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, onun hücumu nəticəsində 2 nəfər yaralanıb. Onlardan biri qarnından, digəri əlindən xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.