Qadın olimpiya mükafatçısından dopinq aşkarlanıb

Qadın olimpiya mükafatçısından dopinq aşkarlanıb
23:32 3 Fevral 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qadın güləşi üzrə isveçli bürünc mükafatçısı Yeni Franssonun dopinq-testi müsbət nəticə verib.
"Report"un "Dagens Nyheter" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı idmançıdan metiltestosteron izləri tapılıb. 
Fransson B probunun nəticələri elan olunanadək yığmadan kənarlaşdırılıb. Güləşçinin özü preparatı səhvən aldığını bildirib.
Qeyd edək ki, Yeni Fransson Dünya Güləş Birliyinin reytinqində 68 kq çəki dərəcəsində ikinci yeri tutur. O, "Tokio-2020" Yay Olimpiya Oyunlarında medala iddialıdır. Fransson 2012-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu olub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/qadin-olimpiya-mukafatcisindan-dopinq-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR