"Mona Liza" əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir

"Mona Liza" əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir
07:12 5 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa və rejissor Codi Foster Leanordo do Vinçinin "Mona Liza" əsərinin oğurlanmasına həsr olunmuş filmin çəkilişlərinə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, real hadisələr üzərində lentə alınan ekran işi üç fəhlənin 1911-ci ildə muzeydən məşhur əsəri oğurlamasından bəhs edir.

İki dəfə "Oskar"a layiq görülmüş Codi Foster filmin ekranlara nə vaxt çıxacağı barədə heç bir məlumat verməyib.

Qeyd edək ki , 1911-ci ildə oğurlanan "Mona Liza"nın tablosu 2 il sonra Florensiyada tapılıb. Soyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pikasso da olub. Tablo Parisin Luvr muzeyində saxlanılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR