Bakı, 21 may, AZƏRTAC
Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi katibliyində Fransanın Azərbaycandakı səfirliyinin missiya rəhbəri Zeynep Aslan və səfirliyin Cənubi Qafqaz və Türkmənistan üzrə iqtisadi məsələlərlə bağlı attaşesi İris Boyerlə görüş olub.
Katiblikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Fransa şirkətlərinin TASİM layihəsinə qoşulması imkanları müzakirə edilib. Eyni zamanda, Avropa İttifaqına daxil olan ölkələrin Cənubi Qafqaz və Orta Asiya regionunda reallaşdırılan inkişaf layihələrində iştirakına TASİM layihəsinin verəcəyi töhfələr nəzərdən keçirilib.