Dünyanın hidrogenlə çalışan ilk yaxtasını Bill Qeyts alır -

"Microsoft"ün qurucusu Bill Qeyts hidrogenlə çalışan 644 milyon dollarlıq yaxtanı alır.

Metbuat.az "bbc.com"a istinadən xəbər verir ki, Hollandiyanın yaxta memarlığı şirkəti "Sinot" tərəfindən hazırlanan 112 metrlik yaxta keçən il Monakoda təqdim edilmişdi. 96 milyarddan çox sərvəti olan Bill Qeyts sözügedən yaxta üçün sifariş verən ilk şəxs olub.

5 mərtəbələri yaxtanın inşasının 2024-cü ildə tamamlanması gözlənilir. Dünyanın hidrogenlə çalışan ilk yaxtası 14 nəfər tutumundadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR