Azərbaycana qayıda bilməyən 69 ölkə vətəndaşı müvəqqəti sığınacaqlara yerləşdirilib - FOTO

Azərbaycana qayıda bilməyən 69 ölkə vətəndaşı müvəqqəti sığınacaqlara yerləşdirilib - FOTO
12:27 12 Fevral 2020
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü qar və şaxta səbəbi ilə ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə idarəsinin direktoru Cəmşid Məhdəvi deyib.

C.Məhdəvinin sözlərinə görə, Azərbaycan vətəndaşları ötən gün rayonda nəzərdə tutulan məkanlarda gecələyiblər.

Qeyd edək ki, ötən 3 gün ərzində İranın Gilan vilayətinin əksər hissələrində güclü qar yağıb. Vilayətin bəzi rayonlarında şəhərlərdə qarın hündürlüyü 1 metri keçib.

Əlavə edək ki, İranda güclü qar və uçqun nəticəsində indiyədək 8 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/825285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR