"Ən yaxşı film" nominasiyasında "Oskar" qazanaraq tarixə düşən "Parazit" filminin serial versiyası çəkiləcək.

Metbuat.az "cnn.com"a istinadən xəbər verir ki, serial HBO tərəfindən çəkiləcək. Hal-hazırda hazırlıq mərhələsində olan serialın baş rolunda Mark Ruffalonun oynayacağı iddia edilir. Filmin rejissoru Bonq Con serial üçün "Oskar"lı ssenarist Adam Makkey ilə çalışacaq.

Serial orjinal ssenari əsasında çəkiləcək və 5-6 bölüm olacağı gözlənilir.

"Oskar"da tarixə düşən filmin serialı çəkilir