Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 91 saylı Ucar Seçki Dairəsi üzrə şikayətə baxılıb.
Publika.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, 91 saylı Ucar Seçki Dairəsi üzrə pozuntulara yol verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət olunub.
Qaydaya görə, müraciət əvvəl Dairə Seçi Komissiyasında (DSK) araşdırılmalıdır.
Bu səbəbdən müraciətin araşdırılması üçün DSK-ya göndərilməsi barədə qərar qəbul olunub.
Səxavət