165 milyonluq malikanə aldı

165 milyonluq malikanə aldı
02:05 14 Fevral 2020
151 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən zəngin insanı Ceff Bezos Beverli-Hillzdə 165 milyon dollara malikanə alıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, u barədə "Wall Street Journal" mənbələrinə istinadən xəbər verib.

Bezos onu mediamaqnat Devid Qeffendən alıb. Bu, Los-Anceles rayonu üçün rekord məbləğli sövdələşmədir. Mənbələrin məlumatına görə, sövdələşmədə daşınmaz əmlak üzrə agentlər iştirak etməyib.

"Warner Estate" adlı malikanə 1930-cu illərdə "Warner Bros" şirkətinin prezidenti Cek Uorner üçün layihələndirilib. Burada geniş terraslar, bağlar, bir neçə qonaq evi, tennis kortu və qolf meydançası var.

Xatırladaq ki, daha əvvəl Bezos Nyu-Yorkda 80 milyon dollara üç mənzil almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR