Husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurdular

Husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurdular
07:47 15 Fevral 2020
337 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin "Ənsar Allah" hərəkatı (Husilər) fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Husilərin rəsmi nümayəndəsi "Əl-Masira" telekanalına deyib.

Nümayəndə "Ənsar Allah" hərəkatının əleyhdarlarına hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bu xəbərlərə münasibət bildirməyib.

Husilər dəfələrlə Səudiyyə Ərəbistanının sərhəd bölgələrində kəşfiyyat dronlarının vurulmaqlaı haqqında xəbər yayıblar, lakin koalisiya bu ərazidə gedən müharibınin 5 ili ərzində itkilərinin olmadığını bildirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR