Bu ölkədə İranla bağlı şok araşdırma: 5 milyard dollar...

Bu ölkədə İranla bağlı şok araşdırma: 5 milyard dollar...
15:37 15 Fevral 2020
790 Dünya
Ölkə mətbuatı
A- A+

Bəhreyndə İrana məxsus 5 milyard dolların silinməsi ilə bağlı istintaq işi başladılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan Bəhreynin Baş prokuroru Əli bin Fadl əl-Buayneyn İran üçün çirkli pulların yuyulmasında ittiham olunan şəxslərə qarşı istintaq başladıldığını bəyan edib.

İstintaq çərçivəsində minlərlə pul köçürülməsinin araşdırıldığını deyən Buayneyn ümumi məbləğin 5 milyard dollar civarında olduğunu qeyd edib.

"Əl-Ərəbiyyə" telekanalının yaydığı məlumata əsasən, İran Milli Bankı və Sədarət Bankı tərəfindən Bəhreyndəki Əl-Müstaqbel Bankı vasitəsi ilə nəzarət altına alınan pulların yuyulmasına dair araşdırma aparılır.

İran hələ məsələ ilə bağlı açıqlama verməyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/825830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR