Culyetto Kyeza: "Azərbaycan faktiki olaraq “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji xəritəsini dəyişir"

Culyetto Kyeza: "Azərbaycan faktiki olaraq “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji xəritəsini dəyişir"
15:42 15 Fevral 2020
82 Ölkə
Ölkə mətbuatı
A- A+

İrimiqyaslı "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa üçün böyük əhəmiyyət kəsb edir, eləcə də Azərbaycanın beynəlxalq arenada Avropanın enerji təhlükəsizliyinin təminatçısı qismində imicinin artmasına xidmət edir.

Milli.Az bildirir ki, bunu Trend-ə italiyalı siyasətçi, jurnalist və yazıçı Culyetto Kyeza deyib.

C.Kyezanın sözlərinə görə, bu cür mürəkkəb layihənin mərhələli şəkildə reallaşdırılması onun bütün iştirakçılarının məqsədyönlü fəaliyyətini nümayiş etdirdi:

"Ötən il Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP əsas qaz kəmərinin reallaşdırılması Avropanın diqqətini cəlb etmiş əlamətdar hadisə oldu. Bu gün dünyada sona çatmaqda olan bu prosesi diqqətlə izləyirlər. Bu cür irimiqyaslı layihənin reallaşdırılması tarixi hadisədir. Bu, Azərbaycanın bütün dünyadan nüfuzunu artıran yüksək səviyyəli layihədir. Faktiki olaraq Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsini dəyişir".

İtaliyalı siyasətçi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin vacibliyini vurğulayıb:

"Azərbaycan qazının Avropa bazarlarına nəqli bütün idxalatçı ölkələrin marağındadır və bu, həmin layihənin Avropa İttifaqı tərəfindən dəstəklənməsi üçün ciddi əsasdır. "Cənub Qaz Dəhlizi"nin işə düşməsi Azərbaycanın tarixi qələbəsi olacaq. Bu gün dünya gündəmində ölkələrin mili təhlükəsizliyinin də asılı olduğu enerji təhlükəsizliyi ilə bağlı çağırışlar yer alır. Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin rolu əvəzolunmazdır".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/826263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR