Avropada koronavirus səbəbilə ilk ölüm halı qeydə alınıb

Avropada koronavirus səbəbilə ilk ölüm halı qeydə alınıb
19:12 15 Fevral 2020
56 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada yaşlı çinli turist koronavirus səbəbilə həyatını itirib. Parisdə ölən 80 yaşlı kişi Avropada bu səbəblə həyatını itirən ilk insan oldu.

Bundan əlavə Afrikada da koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Çinin paytaxtındakı rəsmilər deyir ki, Pekinə geri dönən bütün insanları 14 boyunca özlərini karantinə almalıdırlar. Çin yeni koronavirusuun qarşısını almağa çalışdığı bir vaxt dövlətə məxsus Beijing Daily qəzeti xəbər verir ki, özlərini təcrid etməyi rədd edənlər və ya digər karantin qaydalarını pozanlar "qanunlara əsasən məsuliyyətə cəlb olunacaq".

Çinin Milli Səhiyyə Komissiyası şənbə günü koronavirusdan əlavə 143 nəfərin öldüyünü bildirib. Bununla da ümumi ölənlərin sayı 1500-ü ötüb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, komissiya həmçinin 2641 yeni yoluxma halı qeydə alıb. Lakin bu, son günlərdə bir gün ərzində qeydə alınan yoluxma halları ilə müqayisədə çox azdır. Məsələn ötən gün Çin 5090 yeni yoluxma halı olduğunu bildirmişdi.

Çin höküməti bu yaxınlarda yeni yoluxma hallarının müyyən olunması və hesablanması metodologiyasını dəyişib və bu yoluxma hallarının artmasına səbəb olub. Belə ki, yeni üsula əsasən həkimlər xəstəni diaqnoz etmək üçün laboratoriya testləri əvəzinə ağ ciyər retngeni və digər təhlillərdən istifadə edə bilər.

Çinin Milli Səhiyyə Komissiyası şənbə günü bildirib ki, yeni ölüm hallarının çoxu Hubey vilayətinin paytaxtı Uhan şəhərində baş verib. Virusun da elə Uhanda başladığı güman edilir.

Cümə gecəyə olan məlumata görə, Çində virusa yoluxma halları 66,492-ə, ölənlərin sayı isə 1,523-ə çatıb.

Cümə günü komissiyanın vitse-naziri Zeng Yişin deyib ki, 1716 tibb işçisi koronavirusa yoluxub və onların altısı artıq həyatını itirib.

Çinlə Ümumdünya Səhiyyə Təşkilatının birdə missiyası bu həftəsonu koronavirusla bağlı təhqiqat başladacaq. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus cümə günü Cenevrədə müxbirlərə deyib ki, o, komandasının bu həftəsonu Çinə gedəcəyin gözləyir və onlar "virusun yoluxması, xəstəliyin ciddiliyi və hazırda görülən tədbirlərin təsirlərinəxüsusi diqqət yetirəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR