Ceyms Bond filminin premyerası təxirə salındı -

Yeni Ceyms Bond filmi olan "Ölməyə zaman yoxdur" ("No Time To Die") filminin Çində keçirilməli olan premyerası təxirə salınıb.

Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb Çində yayılan yeni növ koronavirusdur.

Qeyd edək ki, virus ümumilikdə Çində əyləncə sektoruna böyük ziyan vurub: sinemalar bağlanıb, bir çox böyük gəlir əldə edən filmlərin nümayişi təxirə salınıb. "Şanxay Disneyland" da virus səbəbindən bağlanılıb.

Sözügedən filmin treylerini təqdim edirik:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR