Azərbaycanlı hərbçilər Gürcüstanda beynəlxalq tədbirə qatılıb

Gürcüstanın Besik Kutataladze adına Saçxere Dağ Hazırlığı Təlim Mərkəzinin yaranmasının 14-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Gürcüstanın müdafiə qüvvələri komandanının müavini, briqada generalı İrakli Dzneladze Mərkəzin heyətini təbrik edib və Fransa tərəfinə onun inkişafına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Təşkil olunan xüsusi mərasimdə və nümunəvi təlim çıxışlarında Gürcüstan, Azərbaycan, Polşa, Latviya və digər ölkələrin hərbçiləri də iştirak ediblər.

Tədbir çərçivəsində Mərkəzin rəhbəri, polkovnik-leytenant Malxaz Qoletiani Fransa Müdafiə Nazirliyinin gümüş medalı ilə təltif olunub.

Qeyd edək ki, Mərkəzin inşasına 2005-ci ildə başlanılıb və rəsmi olaraq 2006-cı ildə açılıb. Məktəb Bidzina İvanişvilinin Kartu Fondunun maliyyə dəstəyi ilə tikilib və maddi-texniki baza ilə təchiz olunub.

Təlim mərkəzində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün beynəlxalq səviyyəli təlimlər təşkil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR