Husilər Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sənaya və digər ərazilərə endirdiyi aviazərbələri dəf etdiklərini bildiriblər.
Metbuat.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Hudeydə əyalətindəki Ras-İsa limanı və neft stansiyası da hücuma məruz qalıb. Zərbələr nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Husilər cavab olaraq Ər-Riyad hava limanını və “Saudi Aramco” şirkətinin obyektlərini hədəfə ala biləcəklərini bəyan ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən hökumət qüvvələrinə husilərə qarşı mübarizədə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və husilərin mövqelərinə aviazərbələr endirir. Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanının infrastruktur obyektlərinə hücumlar təşkil edirlər. Son günlər onlar Ər-Riyad beynəlxalq hava limanına dəfələrlə hücum etdiklərini bildiriblər.