Ucarda sürücünü qarət edənlər saxlanıldı

Ucarda sürücünü qarət edənlər saxlanıldı
07:22 18 Fevral 2020
101 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda qarət hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabörk kəndində qeydə alınıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidəhməd Daşdəmirov, Mingəçevir şəhər sakini Müşviq Səmədov və İmişli rayon sakini Telman Quliyev Yevlax rayon avtovağzalında şəhər sakini Anar Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhərinə gedəcəklərini bildiriblər. Onlar avtomobili Ucar rayonunun Qarabörk kəndində saxladıblar və sürücü ilə mübahisə etməyə başlayıblar. Telman Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib, Seyidəhməd Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb. Hər üç şəxs bundan sonra hadisə yerini tərk ediblər.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib. Quldurların hadisəni törətdikləri zaman sərxoş olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-taksi-surucusunu-qaret-edenler-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR