"Berlinale" Film Festivalı "Selincer ilim" dramının nümayişi ilə açılacaq

"Berlinale" Film Festivalı "Selincer ilim" dramının nümayişi ilə açılacaq
07:47 20 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Bu gün Almaniyanın paytaxtında 70-ci Beynəlxalq Berlin film festivalının açılışı olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, festival kanadalı rejissor Filip Falardonun "Selincer ilim" dramının nümayişi ilə başlayacaq. Rəsmi tədbir Potsdam Meydanındakı teatrda keçiriləcək.

Festivalın qonaqları arasında Conni Dep, Xelen Mirren, Uillem Defo və ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton kimi tanınmış simalar olacaq. Jüriyə "Lolita" (1997), "Fransız leytenantının qadını" (1981) filmləri ilə tanınan Ceremi Ayron başçılıq edəcək.

Qeyd olunur ki, koronovirusla əlaqədər olaraq Çindən gəlməli olan 280 iştirakçıdan festivala yalnız 120-si qatılacaq.

Festivalın konkurs proqramına 18 film daxil edilib. Bu sırada Salma Hayekin baş rolda çəkildiyi "Seçilməmiş yollar" və Uillem Defonun rol aldığı rejissor Abel Ferrarın "Sibir" filmləri var.

Xatırladaq ki, ilk "Berlinale" festivalı 6 iyun 1951-ci ildə Alfred Hiçkokun "Rebekka" (1940) filminin nümayişi ilə açılmışdır. Festival 1 mart tarixinədək davam edəcək. Berlin federal dairəsi bu festivaldan hər il 120-130 milyon avro əldə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR