Belqrad, 22 may, AZƏRTAC
Serbiyanın Baş nazirinin müavini, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Belqradda Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ancelo Qnadinger ilə görüşüb. Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.
Söhbət zamanı İ.Daçiç həmsədrlərin fəaliyyətinə bir daha dəstək verdiyini və cəhdlərini yüksək qiymətləndirdiyini ifadə edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad