Bakı, 22 may, AZƏRTAC
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ahıl, kimsəsiz, tənha və əlil qocalara sosial, psixoloji və hüquqi xidmətlərin göstərilməsi” adlı layihə həyata keçirir.
İB-nin sədri Şəkərxanım Əliyeva AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində Bakının Binəqədi və Yasamal rayonlarında hədəf qrupları artıq təyin olunub və onlara yardımlar göstərilir. Kimsəsiz, tənha və əlil qocaların problemləri və istəkləri öyrənilərək layihə çərçivəsində həll olunur.
Layihənin əsas məqsədi qocalara həm maddi, həm mənəvi dəstək olmaq və onları qayğı ilə əhatə etməkdən ibarətdir. Bu qəbildən olan insanların ruh yüksəkliyinin artırılması üçün onlara psixoloji yardımlar da göstərilir.