"Formula 1"də ikinci test sessiyası start götürdü

"Formula 1"də ikinci test sessiyası start götürdü
21:57 26 Fevral 2020
118 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ikinci test sessiyasına start verilib.
"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərindəki "Katalunya" trasında keçirilən ilk gündə ən yaxşı nəticəyə İsveçrənin "Alfa Romeo" komandasının pilotu Robert Kubitsa imza atıb - 1 saat 16, 942 dəqiqə (53 dövrə).
Avstriyanın "Red Bull Racing" komandasının sürücüsü Maks Verstappen 1 saat 17, 347 dəqiqə (84 dövrə) göstərici ilə ikinci olub. İlk günün üçüncü ən yaxşı nəticəsini isə Böyük Britaniyanın “Racing Point” komandasının pilotu Serxio Peres göstərib - 1 saat 17, 428 saniyə (84 dövrə).
Qeyd edək ki, mövsüm öncəsi ikinci test sessiyası fevralın 28-dək davam edəcək. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/movsum-oncesi-ikinci-test-sessiyasina-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR