Ölkəyə gələn şəxslər koronavirus aşkarlanmasa belə 14 gün bunu etməlidirilər

Ölkəyə gələn şəxslər koronavirus aşkarlanmasa belə 14 gün bunu etməlidirilər
18:47 28 Fevral 2020
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükdən keçən insanlarda virusla bağlı problem aşkarlanmasa belə onlar 14 gün ərzində özlərini ciddi şəkildə qorumalıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, ölkəyə daxil olan vətəndaşlara bu barədə keçid məntəqələrində də bildirilir:

"Gömrük keçid məntəqəsindən ölkəyə daxil olan şəxs yoxlanıldıqdan sonra hər hansı bir problem aşkar olunmursa həmin şəxsə məlumat vərəqələri təqdim olunur. Bundan əlavə, ona şifahi şəkildə də məlumatlar verilir. Yoxlamadan keçən şəxslərin növbəti 14 gün ərzində sağlamlığına ciddi şəkildə diqqət etməyi tövsiyə olunur. Vətəndaşa evdən çölə zəruri hallarda çıxması, gigiyenasına diqqət etməsi və əsasən də ailəsində, qohumluqda olan uşaq və yaşlılarla maksimum dərəcədə təmasa girməməsi tövsiyə olunur".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR