x
Loading...

Avtomobildə dünyasını dəyişən Ağaxan Salmanlının vəsiyyəti açıqlandı - FOTO

Avtomobildə dünyasını dəyişən Ağaxan Salmanlının vəsiyyəti açıqlandı -  FOTO
12:57 29 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı avtobusda dünyasını dəyişib.

Milli.Az bildirir ki, xalq artistinin oğlu Mətin yenicag.az-a açıqlama verərkən atasının ürək tutmasından vəfat etdiyini deyib:

"Atam gecə qızımın toyunda dedi, güldü, oynadı. Səhər danışdıq, dedi sizə gəlirəm, oradan da teatra gedəcəm. Sürücü zəng elədi ki, kişi özündən getdi. 10 gün əvvəl iflic olmuşdu, amma sağaldı. Yaxşı idi, ölümünü gözləmirdik. Gecə ürəyinə damıbmış ölümü, vəsiyyət etdi ki, nəticəm olsa, adını özün qoy".

Qeyd edək ki, aktyor dünən gecə nəvəsinin toyundan foto paylaşaraq, hər kəsə təşəkkür edib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/830038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR