“Aida” operasının tamaşası keçiriləcək

“Aida” operasının tamaşası keçiriləcək
18:47 29 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir.

Tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da  iştirak edəcəklər.

Opera tamaşasında Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcəkdir.

Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.

Azərbaycan Respublikasının Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov tamaşada müvafiq olaraq Misir şahı və  Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə Amneris, Cahangir Qurbanov Amonasro rollarında   çıxış edəcəklər.

Opera tamaşasını idarə etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor  Vyaçeslav Voliç  dəvət olunmuşdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/830078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR