Türkiyə Rusiyanın hava məkanında kəşfiyyat uçuşları gerçəkləşdirəcək.

Publika.az xəbər verir ki, bunu Rusiya Milli Nüvə Risklərini Azaltma Mərkəzinin rəhbəri Sergey Rıjkov deyib.

“Krasnaya Zvezda” qəzetinə açıqlama verən sədrin sözlərinə görə, 2-6 mart tarixləri arasında “CN-235”tipli təyyarələrlə Kubinka hava limanından başlanacaq uçuşlar Beynəlxalq Açıq Səmalar Andlaşması çərçivəsində baş tutacaq.

Razılaşma çərçivəsində Rusiyanın təyyarələri Almaniya üzərində uçacaq.

Qeyd edək ki, Açıq Səmalar Razılaşması 24 mart 1992-ci ildə Helsinki şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 23 üzv ölkəsi tərəfindən imzalanıb.

Zümrüd