Bu il fevralın 20-dən martın 1-ə qədər keçirilən 70-ci "Berlin kinofestivalı"nın qalibləri bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, festivalda "ən yaxşı film" nominasiyasında iranlı rejissor Məhəmməd Rəsulovun çəkdiyi "Şər yoxdur" filmi qalib olub.
İranda yayılan koronavirus səbəbindən isə rejissora ölkəni tərk etməyi qadağan ediblər. Bu səbəbdən "Qızıl ayı" mükafatı onun qızı Baran Rəsulovoya təqdim olunub.
Milli.Az