“Report” Pakistanın “Tribune” nəşrinə istinadən xəbər verir ki, daha əvvəl İran vasitəsilə İraq və Azərbaycana kartof və naringi ixrac edən Pakistan artıq dəniz yolu ilə təchizata başlayıb.
Nəşr yazır ki, Pakistan-İran sərhədinin bağlanması ixracatçılara zərbə vurub, onlar daha çox zərərə qatlaşmamaq üçün çıxış yolunu dəniz yolundan istifadədə görüblər.
Pakistan Meyvə-Tərəvəz İdxalçıları, İxracatçıları və Ticarətçiləri Assosiasiyasının (PFVA) rəhbəri Vahid Əhməd bildirib ki, Pakistan hər il adıçəkilən iki ölkəyə 800 ton kartof və 500 ton naringi ixrac edir.