Dominik Raab Səudiyyə Ərəbistanına səfər edəcək

Dominik Raab Səudiyyə Ərəbistanına səfər edəcək
09:05 4 Mart 2020
141 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab martın 4 və 5-də Ər-Riyadda Səudiyyə Ərəbistanının yüksək vəzifəli nümayəndələri ilə görüşəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, siyasətçilərin əsas müzakirə mövzularından biri Yəməndə sülh yolu ilə nizamlanma məsələsi olacaq.

Britaniyanın diplomatik qurumunun rəhbəri səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan Al Səudla, həmçinin Krallığının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Müsaid Əl Ayban ilə görüşlər keçirməyi planlaşdırır. "Onlar Yəməndə humanitar böhranı, təhlükəsizliyi və regional sabitliyi, eləcə də iqlim dəyişikliyi təhlükəsi ilə mübarizə yollarını müzakirə edəcəklər", - deyə bəyanatda bildirilir. Bundan başqa, nazir Səudiyyə ərəbistanının dəstəklədiyi Yəmən prezidenti Mənsur Hadi ilə danışıqlar aparacaq.

Raab diskussiya zamanı ölkələr arasında fikir ayrılıqlarının, o cümlədən İnsan Hüquqları probleminin müşahidə olunduğu məsələləri də qaldırmaq niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR