CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 3-də 54,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.
Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 53,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 52,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.