Tailandda dövlət qulluqçularının xaricə səfərləri məhdudlaşdırılıb

Tailandda dövlət qulluqçularının xaricə səfərləri məhdudlaşdırılıb
14:17 4 Mart 2020
138 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandda dövlət qulluqçularının xaricə səfərləri məhdudlaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bundan başqa, məmurlar koronavirusun daha çox yayıldığı ölkələrdən qayıdarkən 14 günlük icbari karantinə yerləşdirilməlidir.

Qərara əsasən, hökumətin daha təhlükəli hesab etdiyi ölkələrə xidməti səfərlər tamamilə dayandırılır.

Hazırda ən təhlükəli ölkələr sırasına Çin, Cənubi Koreya, Yaponiya, İran, İtaliya, Almaniya, Sinqapur, Fransa daxil edilib.

Qeyd edək ki, bu günədək Tailandda 43 nəfər koronavirusa yoluxub, onlardan 31 nəfəri sağalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR