"Zirə" 4 oyunluq məğlubiyyət seriyasına qələbə ilə son qoydu

"Zirə" 4 oyunluq məğlubiyyət seriyasına qələbə ilə son qoydu
18:17 8 Mart 2020
88 Digər
Ölkə mətbuatı
A- A+
.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti görüşü keçirilib. "Report"un məlumatına görə, "ASCO Arena"da "Səbail" və "Zirə" komandaları üz-üzə gəlib. 
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 12-ci dəqiqədə "Zirə"nin yeni transferi Davit Volkov açıb. 34-cü dəqiqədə Rauf Əliyev bərabərlik qoluna imza atıb. 
Fasilədən sonra da 2 qol vurulub. 59-cu dəqiqədə qonaq komandanın daha bir yeni transferi Ağabala Ramazanov keçmiş komandasını məyus edib. Son nöqtəni isə sonradan meydana daxil olmuş Şafik Tiqruca 80-ci dəqiqədə qoyub. 
Bu görüşdə "Zirə"nin qapısını daha bir yeni transfer Emil Balayev qoruyub. 26 yaşlı qolkiper debütünü keçmiş klubu "Səbail" komandası ilə matçda gerçəkləşdirib. 
Ardıcıl 4 məğlubiyyətdən sonra qələbə əldə edən "Zirə" xalını 23-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. 4 turdan sonra uduzan "Səbail" isə 20 xalla 7-ci pillədə qalıb. 
Qeyd edək ki, turun ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"ı 5:0, "Neftçi" "Sabah"ı 4:0 hesabı ilə yenib. Tura saat 18:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-4-oyunluq-meglubiyyet-seriyasina-qelebe-ile-son-qoydu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR