ABŞ ordusu geri çəkilir - Bir dövrün sonu

ABŞ ordusu geri çəkilir - Bir dövrün sonu
14:13 10 Mart 2020
101 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hərbi qüvvələrini (USFOR-A) Əfqanıstandan geri çəkməyə başlayıb.

Publika.az xəbər verir ki, bunu Əfqanıstandakı ABŞ ordusunun sözçüsü Sonni Leqqet açıqlayıb.

“Əl-Cəzirə” telekanalının xəbərinə görə, sözçü ABŞ-Əfqanıstan İslam Respublikası Ortaq Dekalarasiyası və ABŞ-Taliban razılaşması çərçivəsində 135 gün ərzində ABŞ-ın bu ölkədəki əsgər sayı 8 min 600-ə çatıdırılmalıdır.

“USFOR-A” Əfqanıstanda Əl-Qaidə və İŞİD-ə qarşı terrorizmlə mübarizə əməliyyatları ilə yanaşı, Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək vermək kimi hədəflərini yerinə yetirmək mövzusunda bütün hərbi səlahiyyətlərindən istifadəyə davam edəcək.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 12 min əsgəri var. Ordu 1979-cu ildə bu ölkəyə daxil olub.

ABŞ-Taliban arasında “Əfqanıstana Sülhü Gətirmək Razılaşması” Qətərin paytaxtı Dohada fevral ayının sonuncu günündə imzalanmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/307326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR