Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon Ə.Ağayev küçəsində baş verib.

1987-ci il təvəllüdlü Elşən Quliyev küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. E. Quliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az