Əli Babacan partiyasını elan etdi, sədr seçildi

Əli Babacan partiyasını elan etdi, sədr seçildi
19:37 11 Mart 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə baş nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasının (Demokrasi və Atılım Partisi – DEVA Partisi) sədri seçilib.
“Report” xəbər verir ki, məlumatı “Haberler” yayıb.
Bildirilib ki, martın 11-də Təsisçilər Heyətinin ilk toplantısında Əli Babacan partiyanın sədri seçilib. Təsisçilər Heyətinin 90 üzvü var. Onların arasında indiki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş üzvləri, sabiq nazirlər - Sədulla Ergin, Selma Aliye Kavaf və Nihat Ergün, AKP-nin keçmiş deputatları, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeliyə qarşı namizədliyini irəli sürmüş Pamiz Ongun də var.
DEVA Partiyası Türkiyə Böyük Millət Məclisində təmsil olunan 11-ci partiya oldu.
Qeyd edək ki, Əli Babacan DEVA-nı üç aydır elan etməyi təxirə salmışdı.
Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada doğulub. Türkiyə parlamentinin 22, 23, 24 və 26-cı çağırışlarında Ədalət və İnkişaf Partiyasından deputat olub. AKP-nin iqtisadiyyat naziri, 2007-2009-cu illərdə xarici işlər naziri, 2009-2015-ci illərdə baş nazirin müavini vəzifələrində çalışıb.
Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan DEVA-nın yaranmasına belə münasibət bildirib: “Davası millət olmayanlar axırda hər zaman məyus olmağa məhkumdur. Bunların heç biri bizi zərrə qədər maraqlandırmır”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/eli-babacan-partiyasini-elan-etdi-sedr-secildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR