Azərbaycanda Milli Turizm Strategiyası hazırlanacaq.
Metbuat.az xəbər verir ki, bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm sahəsinin inkişafının planlı şəkildə həyata keçirilməsi üçün vahid strateji sənəd - Milli Turizm Strategiyası sənədi hazırlanacaq və mütəmadi yenilənəcək.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.