Parisdə “sarı jiletli”lərin növbəti aksiyası keçirilir

Parisdə “sarı jiletli”lərin növbəti aksiyası keçirilir
17:37 14 Mart 2020
110 Digər
Ölkə mətbuatı
A- A+

Fransa hökuməti tərəfindən yeni koronavirusa qarşı tədbirlər çərçivəsində kütləvi tədbirlərə qadağa qoyulmasına baxmayaraq “sarı jiletli”lər Parisdə növbəti etiraz aksiyasını keçirir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Montparnas vağzalı yaxınlığında toplaşan izdiham polis və jandarmanın müşaiyəti ilə yürüşə başlayıb.
Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 3 661, ölənlərin sayı 79 nəfərdir.
Ötən gün hərəkat fəalları hökumətin 100 nəfərdən çox yığıncaqları qadağasına fikir verməyib etirazlara davam etmək çağırışı yaymışdı.
Xatırladaq ki, “sarı jiletli”lər 2018-ci il noyabrın 17-dən etibarən hər şənbə günü sosial tələblərlə ölkə boyu etiraz aksiyaları keçirir. Bu aksiyalar zamanı vaxtaşırı olaraq polislə toqquşmalar baş verir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/parisde-sari-jiletli-lerin-novbeti-aksiyasi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR