Lənkəranda QORXUNC OLAY - Yaralılar var (FOTO/VİDEO)

Lənkəranda QORXUNC OLAY - Yaralılar var (FOTO/VİDEO)
14:28 15 Mart 2020
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Nizami və H.Z.Tağıyev küçələrinin kəsişməsində baş verib.

“20-CX-430” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil “42-CA-298” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ-2106”nın sürücüsü, Kərgəlan kənd sakini, 1970-ci il təvəllüdlü Bəhram Əzim oğlu Hüseynov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Səliqə Əliağa qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qəzanın başvermə səbəbi araşdırılır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/307846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR