“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İvan Duke xalqa müraciəti zamanı deyib.
“Biz, (konstitusiyasının) 215-ci maddəsinə uyğun olaraq, fövqəladə vəziyyət elan etmək qərarına gəlmişik”, - Duke deyib. Onun çıxışı "Twitter"də canlı yayımlanıb.
Kolumbiya lideri qeyd edib ki, virusa ən çox yaşlı insanlar həssas olurlar. “Biz cümə günündən, yəni martın 20-dən mayın 31-nə kimi, yaşı 70-dən yuxarı olan bütün vətəndaşlar üçün məcburi təcrid rejimi tətbiq etməyi qərara aldıq”, - Duke bildirib.
Qeyd edək ki, ölkədə ilk koronavirusa yoluxma faktı martın 6-sı qeydə alınıb. Hazırda virus daşıyıcılarının ümumi sayı 75 nəfərdir.