Almaniyada koronavirus səbəbi ilə "Matrix 4" filminin çəkilişləri dayandırılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, filmin bəzi hissələrinin Berlində çəkilməsi nəzərdə tutulsa da bu plan epidemiyanın yayıldığına görə baş tutmayıb. Bu barədə məlumatı "Daily Mail" nəşri yayıb.

Məlumata görə, çəkilişlər qeyri-müəyyən müddətə təxirə salınıb. Açıqlamaya görə, film heyətindən heç biri koronavirusa yoluxmayıb.

Baş rol ifaçıları Kianu Rivz və Keri En Mos Berlinə San-Fransisko şəhərindən uçublar. Bundan əlavə, bəzi səhnələrin Çikaqoda çəkiləcəyi də planlaşdırılır.

Qeyd edək ki, filmin premyerası 2021-ci ilə planlaşdırılırdı.

Milli.Az