Məşhur serialın aktrisası da koronavirusa yoluxdu

2017-ci ildən bəri məşhur "Kağız ev" ("'La Casa De Papel") serialında müfəttiş obrazında oynayan İtziar İtuno da koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, aktrisa bu barədə deyib:

"Dünən günortadan sonra quru öskürək və simptomları başladı. Bu gün testin nəticəsi müəyyən oldu. Bu koronavirusdur. Vəziyyətim normaldır və yaxşıyam. Zəif insanlar üçün ölümcül, yoluxucu və təhlükəlidir. Diqqət edin, ciddyə alın. Birlik zamanıdır! Evdə qalın və başqalarını qoruyun. Karantində 15 gün keçirəcəyəm. Özünüzə yaxşı baxın".

Mənbə: sabah.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR