Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir

Azərbaycanda koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar hotel biznesinə dəstək üçün təkliflər hazırlanıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, təkliflərin hazırlanmasında məqsəd hotel biznesinə dəyən zərəri nəzərə alaraq, bu sahəyə dövlət dəstəyinin göstərilməsini təmin etməkdir.

Təkliflərdə hotel biznesi üçün müəyyən güzəştlərin tətbiqi məsələləri yer alıb.

Artıq təkliflər baxılması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR