Gözlərəmiz nəisə xatırlamaq üçün onu ilk gördüyümüz anı canlandırır

Gözlərəmiz nəisə xatırlamaq üçün onu ilk gördüyümüz anı canlandırır
18:57 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Araşdırmaçılar, keçmişdə gördüklərimizləri daha yaxşı xatırlamağın potensial yolunu kəşf etdilər. Yeni bir araşdırma, bəzi göz hərəkətlərinin beyində yaratdığı təsirlər sayəsində insanların yaddaşını çox daha təsirli bir formada istifadə etməsinə köməkçi olduğunu göstərir.

PNAS jurnalında nəşr olunan yeni bir araşdırma, göz hərəkətləri ilə yaddaş arasında dəqiq bir əlaqə olduğunu göstərir. Araşdırmaçılar, insanların müəyyən şeyləri xatırlamağa çalışdıqlarında, gözlərini həmin fenomeni ilk gördüklərində hara hərəkət etdirdilərsə, yenə oraya hərəkət etdirdiklərini söyləyirlər.

İnsan beyninin funksiyalarını araşdıran beynəlxalq mərkəz Rotman Araşdırma İnstitutunda (RRI) çalışan Bredli Buxsbaum bu barədə belə deyib: "Daha əvvəl gördüyümüz bir forma, bir üz ya da başqa bir şeyi yenidən gördüyümüzdə, gözlərəmiz ilk dəfə baxdıqları yerlərə baxma meylində olur. Beyin, gördüyümüz şeyin əhəmiyyətli xüsusiyyətlərini yaddaşımızdakı zehni bir cədvəllə müqayisə edir".

Araşdırmaçılar iştirakçılardan bir ekrana əks etdirdikləri 30 təsvirləri əzbərləmələrini istədi. Sonra iştirakçılara, daha əvvəl göstərilən təsvirlər və yeni amma bənzər təsvirləri ehtiva edən başqa bir şəkillərə baxmaları deyildi. İştirakçılardan daha sonra boş bir ekrana baxarkən gördükləri təsvirləri xatırlamaları istənildi.

Araşdırmaçılar, ilk nəticələri sınamaq üçün təsvirlərin əskik və ya pozulmuş versiyalarını iştirakçılara təqdim etdilər. Təəccübləndirici bir formada, insanlar 80% nisbətində pozulmuş bir təsvirə baxdıqdan sonra belə, eyni göz hərəkətlərini istifadə edərək yaddaşlarındakı təsvirləri xatırlaya bildilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR