Bu gündən fəaliyyətini dayandıran “Mall”larda son vəziyyət -

Qlobal səviyyədə pandemiya elan olunan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən sosial izolyasiya tədbirlərinin sırasına daha biri əlavə edilib.

Metbuat.az xəbər verir ki, belə ki, artıq gecə yarısından etibarən insanların sıx toplaşdığı sosial-mədəni obyektlər, iri ticarət mərkəzləri, o cümlədən, “Mall”ların fəaliyyəti bir ay müddətə tamamilə dayandırılıb.

Baku TV-nin əməkdaşları “28 May” metrostansiyasının çıxışında yerləşən “28 Mall”un qarşısında müşahidələr aparıb.

Buradakı alış-veriş mərkəzləri, kafe və restoranlar insanların istifadəsi üçün tamamilə məhdudlaşdırılıb. Yalnız aptek və ərzaq mağazası fəaliyyət göstərir ki, insanlar bu xidmətlərdən çox rahat şəkildə istifadə edə bilərlər.

“Mall”un girəcəyində olan təhlükəsizlik əməkdaşları buraya üz tutanların aptek və ərzaq mağazasından istifadə etmədiyi təqdirdə girişinə icazə vermir.

Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən, hər bir vətəndaş şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Bütün vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR