Rusiyanın Gelencik şəhərində sürücünün sükan arxasında vəfat etməsi videoregistratora düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videonun müəllifi önündə gedən "Toyota" avtomobilinin qəribə manevrlər etdiyini görüb və arxasınca düşüb.

Yolda saysız-hesabsız qəza vəziyyəti törədən maşın bir müddət sonra yol qırağında quraşdırılan dəmirlərə dəyərək dayanıb.

Məlumata əsasən, sürücü maşında olarkən halı pisləşib və hərəkət edən maşındaca keçinib.

Milli.Az