Tailandın aviasiya şirkətləri beynəlxalq uçuşlarını dayandırır

Tailandın aviasiya şirkətləri beynəlxalq uçuşlarını dayandırır
22:12 25 Mart 2020
173 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandın ən böyük aviasiya şirkəti olan "Thai Airways İnternational" (THAI) yeni növ koronavirusun (COVID-19) ölkədə yayılmasını azaltmaq məqsədilə bir çox beynəlxalq uçuşlarını dayandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 25-dən etibarən Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Kamboca, Laos, Myanma, İndoneziya, Pakistan, Nepal, Banqladeş və Şri-Lankaya bütün uçuşlar qeyri-müəyyən vaxtadək təxirə salınıb. "Thai Airways İnternational" martın 27-dən Avstraliyaya, aprelin 1-dən isə Avropaya bütün uçuşları dayandıracaq.

Şirkət bundan əvvəl Yaponiya, Cənubi Koreya, Filippin, Malayziya, İtaliya, Avstriya, Hindistan, Oman, BƏƏ və Yeni Zelandiyadakı bir neçə təyinat nöqtəsinə uçuşları ləğv etmişdi. Şirkətin qeyd olunan reyslərinə martın 25-dək bilet alan sərnişinlər biletlərini bir il müddətinə qüvvədə olacaq səyahət vauçerinə dəyişdirə bilərlər. Xaricə karqo uçuşlarının cədvəlində dəyişiklik yoxdur. Bundan başqa, hökumət qurumlarının istəyi və xaricdə qalan Tailand vətəndaşlarının ölkəyə gətirilməsi ehtiyacı olarsa, çarter uçuşlar həyata keçiriləcək.

Şirkətin törəmə müəssisəsi olan "THAI Smile" daxili uçuşları həyata keçirəcək.
Tailandın digər aviasiya şirkətləri "Thai AirAsia", "Bangkok Airways" və "Thai Lion Air" pandemiyanın təsiri ilə azalan sərnişin tələbatı səbəbindən martın 23-dən bütün beynəlxalq uçuşları dayandırıblar.

Qeyd edək ki, Tailandın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə ötən sutka ərzində 107 nəfərin COVID-19 infeksiyasına yoluxmasının aşkarlanması ilə ümumi yoluxanların sayı 934 nəfərə çatıb. Ardıcıl olaraq son 4 gün ərzində hər sutkada virusa yoluxanların sayı 100-dən yuxarı olub. İndiyədək 4 nəfər bu virus səbəbindən ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR